Çərşənbə axşamı, 27 Oktyabr 2026 23:20:32 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
27 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

Azərbaycanda da “Atalar məktəbi” açıldı – FOTOLAR

07.12.2025 14:50 · 416 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az  xəbər  verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında “Forest School Azerbaijan” tərəfindən “Atalar məktəbi” proqramının icrasına start verilib.Layihə Sosial Xidmətlər Agentliyinin ailələrin çətin həyat şəraitinə düşməsinin qarşısının alınması istiqamətində həyata keçirdiyi maarifləndirmə tədbirləri çərçivəsində valideynlərin məsuliyyətli valideynlik bacarıqlarının artırılmasına xidmət edir.

“Atalar məktəbi” proqramının əsas məqsədi ataların valideynlik prosesində iştirakının gücləndirilməsi, ailədaxili münasibətlərin sağlam və dayanıqlı əsaslar üzərində qurulması, oğlan və qız uşaqlarının ailədə bərabər dəyərə malik fərdlər kimi qəbul olunmasının təşviqi, uşaqların fiziki və psixoloji inkişafının daha təsirli şəkildə dəstəklənməsidir.

Layihə çərçivəsində müvafiq sahə üzrə bilik və bacarıqlara malik, geniş auditoriya ilə işləmək təcrübəsi olan 10 təlimçi seçilərək və onlar üçün xüsusi hazırlıq təlimləri təşkil edilib.

Təlimləri tamamlayan fasilitatorlar cari ilin dekabr ayı ərzində bölgələrdə atalar üçün maarifləndirici təlimlərə və müzakirə sessiyalarına başlayacaqlar.

Proqram paytaxtın Sabunçu və Binəqədi rayonlarını, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərini, Xırdalan şəhərini, Masallı, Cəlilabad, Tovuz və Şəmkir rayonlarını əhatə edəcək. Ümumilikdə 250 ata layihəyə birbaşa cəlb olunacaq.

Layihə çərçivəsində 5 dekabr 2025-ci il tarixində məlumatlandırma sessiyası və təqdimat mərasimi keçirilmişdir. Tədbirin məqsədi Atalar məktəbi modelini ictimaiyyətə təqdim etmək, proqramın məqsəd və əhatə dairəsini tanıtmaq, eləcə də artıq təlim keçmiş təlimçilərlə tanışlıq və onların bölgələrdə fəaliyyətə başlaması öncəsi görüşü təmin etməkdir.

Beynəlxalq tədqiqatlar da göstərir ki, ataların aktiv iştirakı çətin həyat şəraitində yaşayan ailələrin rifah halının yaxşılaşdırır. Eyni zamanda sağlam ata-övlad münasibətləri uşaqların sosial bacarıqlarını, məktəb nailiyyətlərini və psixoloji dayanıqlığını artıran əsas amillərdən biridir.

↑