Çərşənbə axşamı, 27 Oktyabr 2026 22:29:32 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
27 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ!

06.12.2025 14:05 · 387 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir  ki, Milli Müdafiə Universiteti (MMU) bu ilin dekabr ayının 20-dək “Ehtiyat zabit hazırlığı kursu”na sənəd qəbulu elan edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Ehtiyat zabit hazırlığı kursu”na ali təhsilli, müddətli həqiqi hərbi xidmət keçmiş 35 yaşınadək kişilər müraciət edə bilərlər.

Kursa qəbul olmaq üçün müraciət etmiş namizədlər hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir və Hərbi Həkim Komissiyasının qərarına əsasən zabitlərin həqiqi hərbi xidmətinə yararlı hesab edilmiş şəxslər müsabiqə mərhələsinə buraxılırlar.

Namizədlər müsabiqə mərhələsində fərdi-psixoloji və fiziki hazırlığı, ümumi bilik səviyyəsi və ixtisas uyğunluğu nəzərə alınmaqla kursa qəbul edilirlər.

mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindəki “Ehtiyat zabit hazırlığı kursu” hissəsində hərbi uçot ixtisaslarının ali təhsil ixtisaslarına uyğunluğu barədə ətraflı məlumat əldə etmək mümkündür.

Tələb olunan sənədlərə kursa qəbul olunmaq barədə ərizə, anket forması, tərcümeyi-hal (bir nüsxədə), təhsil haqqında sənədin surəti (bir nüsxədə), xarici dövlətlərdə təhsil almış namizədlərin ixtisaslarının Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tam tanınmasına (akademik və peşə) dair sənədin notarial qaydada təsdiq edilmiş surəti, doğum haqqında şəhadətnamənin surəti (bir nüsxədə), yaşayış yeri və ailə tərkibi haqqında arayış (bir nüsxədə), əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.), şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (bir nüsxədə), sürücülük vəsiqəsinin surəti (əgər varsa, bir nüsxədə), nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, bir nüsxədə), həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (bir nüsxədə), rəngli fotoşəkil (baş geyimsiz, anfas, altı ədəd 3×4 sm və bir ədəd 9×12 sm), hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş, bir nüsxədə), psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar aiddir.

Qeyd edək ki, məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

↑