Bazar, 25 Oktyabr 2026 01:20:27 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
25 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Bölgə

Bərdə Kommunal Təsərrüfatı İdarəsinin direktoru cərimələndi

04.12.2025 16:27 · 370 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az  xəbər  verir ki, Bərdə Kommunal Təsərrüfatı İdarəsinin direktoru Natiq Qasımov barəsində protokol tərtib edilib, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Belə ki, Bərdə rayonu ərazisində yerləşən tullantı poliqonunda tullantıların yandırılması ilə bağlı mediadan daxil olan şikayət əsasında 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb və fakt təsdiqini tapıb.

İdarənin rəisi Oqtay Şahmurov bildirib ki, yanğın məişət tullantılarının mövcud qanunvericiliyin tələb və qaydalarına uyğun idarə olunmaması və qabaqlayıcı tədbirlərin görülməməsi səbəbindən baş verib.

Poliqonda tullantıların düzgün idarə olunmasının təmin edilməsi və gələcəkdə belə halların təkrarlanmaması məqsədilə Bərdə Kommunal Təsərrüfatı İdarəsinə “Ekoloji tələb” verilib.

Eyni zamanda mövcud vəziyyətlə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə müraciət olunub.

↑