Çərşənbə axşamı, 27 Oktyabr 2026 18:27:24 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
27 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

16 manat sığorta ödənişi bütün işsizlərə aid deyil – Deputat açıqladı

27.11.2025 16:28 · 506 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

“Tibbi sığorta haqqında” qanuna edilmiş müvafiq dəyişikliklərdən sonra artıq qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcəklər. Əmək müqaviləsi, VÖEN-i olmadan fəaliyyət göstərən, kənd təsərrüfatında qeydiyyatsız olaraq çalışaraq gəlir əldə edən şəxslər qeyri-formal məşğul şəxslər hesab olunurlar”.

Düzgün.az xəbər  verir ki, bunu  açıqlamasında deputat Müşfiq Məmmədli deyib. O bildirib ki, bu şəxslər ya öz əmək fəaliyyətlərini leqallaşdırmalı və yaxud qeyri-formal məşğul şəxslər kimi icbari tibbi sığorta haqqını özləri ödəməlidirlər:

“İcbari tibbi sığorta haqqı ödəniləcək məbləğ aylıq təxminən 16 manatdır. Hər ayın müəyyən edilmiş günündə icbari tibbi sığorta haqqı olan 16 manat ödənilməlidir. Zamanında ödənilmədikdə 10% cərimə nəzərdə tutulub. Burada məqsəd həm əhalinin leqal əmək fəaliyyətinə cəlb olunmasını stimullaşdırmaq, həm də gəlir əldə edən şəxslərin ödənişlərinin özləri tərəfindən həyata keçirilməsini tənzimləməkdən ibarətdir. Burada işsiz kimi qeydiyyatda olan şəxslər istisnadır. Yəni, gəlir əldə etməyən, işsiz olan və müvafiq dövlət qurumunda qeydiyyatda olan şəxsin icbari tibbi sığorta haqqı yenə də dövlət tərəfindən ödənilir”.

Deputat qeyd edib ki, İcbari Tibbi Sığorta Fonduna dövlət tərəfindən bir çox əhali qrupunun icbari tibbi sığorta haqları ödənilir: “18 yaşa qədər olan uşaqlar, 23 yaşa qədər bakalavr təhsili alan tələbələr, sağlamlıq imkanları məhdud olan şəxslər və bütün növ pensiya, müvaniət alan şəxslərin hər biri dövlət tərəfindən sığorta olunmuş sayılır. Bu şəxslərin sığorta ödənişləri dövlət büdcəsinin vəsaitləri hesabına İcbari Tibbi Sığorta Fonduna ödənilir. Bunun üçün Azərbaycan Respublikasının dövlət büdcəsində vəsait nəzərdə tutulub. Qeyri-formal məşğul şəxslər İcbari Tibbi Sığorta Fonduna ödənişi könüllü edir. Ödəniş etmədikdə İcbari Tibbi Sığorta Fondunun vəsaitləri hesabına sığorta olunmuş hesab olunmur. Buna görə tibbi xidmətləri icbari tibbi sığorta hesabına deyil, öz vəsaiti hesabına alır”.

↑