Çərşənbə axşamı, 27 Oktyabr 2026 17:47:59 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
27 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

Yol polisi sürücü və piyadalarla profilaktik işləri genişləndirib – VİDEO

27.11.2025 14:16 · 463 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər  verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində yol hərəkəti qaydalarına riayət olunmasının təşviqi, hərəkət iştirakçılarının maarifləndirilməsi və yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə profilaktik tədbir keçirib.

Tədbir zamanı aşkarlanan qayda pozuntularına dərhal reaksiya verilib, sürücü və piyadalarla profilaktik söhbətlər aparılaraq qanunvericiliyin tələbləri izah olunub.

Həmçinin piyadaların yolun hərəkət hissəsinə qəfil çıxması, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının çirkləndiyi üçün görünməməsi, eləcə də yanqoşqusu olmayan motosiklet, moped, velosiped və kiçik elektrikli nəqliyyat vasitələri istisna olmaqla digər nəqliyyat vasitələrinin yol kənarında ikinci və sonrakı cərgədə dayanması kimi qayda pozuntuları qeydə alınıb. Qaydanı pozan hərəkət iştirakçıları ilə maarifləndirici söhbətlər aparılaraq təhlükəsizliyin vacibliyi bir daha diqqətə çatdırılıb.

Hörmətli hərəkət iştirakçıları! Gəlin, yollarda qaydalara əməl etməklə həm öz həyatımıza dəyər verək, həm də başqalarının həyatını təhlükəyə atmayaq. Unutmayaq ki, təhlükəsiz yol hər birimizin fərdi məsuliyyətidir!

 

↑