Düzgün.az xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Samux kənd həkim məntəqəsinin müdiri Əliyeva Sərfinaz Alı qızı 68 yaşında dünyasını dəyişib.
O, 1990-2010-cu illərdə Samux kənd xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 2010-cu ildən etibarən Samux kənd tibb məntəqəsinin müdiri idi.
