Düzgün.az xəbər verir ki, noyabrın 25-də doğma yurduna yola salınan köç karvanları Xocalı rayonunun Xanyurdu kəndinə çatıb.
Bu mərhələdə Xanyurdu kəndinə köçürülən 38 nəfərdən ibarət 11 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
Düzgün.az xəbər verir ki, noyabrın 25-də doğma yurduna yola salınan köç karvanları Xocalı rayonunun Təzəbinə kəndinə çatıb.
Bu mərhələdə Təzəbinə kəndinə köçürülən 66 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
.jpg)




.jpg)

.jpg)


