Düzgün.az xəbər verir ki, rayonun Nadil kənd sakini 2000-ci il təvəllüdlü S.İsayeva zəhərlənmə ilə xəstəxanaya çatdırılıb.
Dərhal gənc qadına tibbi yardım edilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, 25 yaşlı qadın yaşadığı evdə həşaratlara qarşı istifadə olunan (qarışqa) dərmandan zəhərlənib.
Qadının hansı şəraitdə zəhərlənməsi məlum deyil. Fakt araşdırılır./Unikal
