Bazar ertəsi, 26 Oktyabr 2026 13:24:41 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
26 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Gündəm

Terrorçuluqda təqsirləndirilən Azərbaycan vətəndaşına hökm oxundu

21.11.2025 18:33 · 394 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az  xəbər verir ki, xarici ölkənin ərazisində müxtəlif silahlı qruplaşmaların tərkibində terrorçuluq əməlləri törətməkdə təqsirləndirilən Rəşad Mürsəlov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, 1990-cı ildə Tovuz rayonunun Xatınlı kəndində doğulmuş Rəşad Mürsəlov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb.

İttihama görə, o, xarici ölkədə fəaliyyət göstərən cinayətkar birliyin tərkibində dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində digər dövlətin ərazisində döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak edib.

İttihamda qeyd olunub ki, Rəşad Mürsəlov həmin müddət ərzində cinayətkar təşkilatın tərkibində AR Cinayət Məcəlləsinin 214-cü maddəsində nəzərdə tutulmuş, yəni terrorçuluq əməllərinin törədilməsi məqsədilə odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan istifadə hazırlığı üzrə təlim alıb.

O, AR Cinayət Məcəlləsinin 12.1, 218.2-ci (cinayətkar birlikdə iştirak etmə), 12.3, 214-3.1-ci (terrorçuluq məqsədi ilə ölkə hüdudlarından kənarda təlim keçmə), 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə ittiham olunub./ Report

↑