Düzgün.az xəbər verir ki, noyabrın 19-da Göyçay rayon icra hakimiyyətinin başçısı Şaholtanlı kəndində səyyar qəbul keçirib.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Görüşdə sakinlərin qaldırdığı suallar yerində operativ cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.








