Düzgün.az xəbər verir ki, Balakən rayonuna yeni icra başçısı təyin olunan Natiq Ağayev bu gün ilk dəfə vətəndaşlarla rəsmi görüşünü keçirib.
Qəbulda aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri də iştirak edib.
Qəbul zamanı sakinlərin müxtəlif sosial, iqtisadi və məişət məsələləri ilə bağlı müraciətləri dinlənilib.Rayon rəhbəri İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verib, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tövsiyələrini edib.
Qeyd edək ki, bu günkü qəbulda xeyli sakin iştirak edib.








