Düzgün.az xəbər verir ki, 18 noyabr tarixində Göyçay Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu təşkil olunub.
Qəbulda Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri də iştirak edib.
Qəbul zamanı müraciətlər əsaslandırılmış şəkildə cavablandırılıb, araşdırılması tələb olunan məsələlərlə bağlı isə aidiyyəti üzrə tapşırıqlar verilib.




