Düzgün.az xəbər verir ki, artıq bir saata yaxındır ki, ölkədə bir çox saytlara girişdə problem yaranıb.Səbəb kimi hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən “Cloudflare” şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki problem müşahidə olunduğu göstərilir.
Yaranmış problemlə bağlı Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Günay Novruzova özünün facebook sosial hesabında fikirini bildirib.
“Saytı olan hər kəs üçün məlumat. Günlərdir serverlərlə domenlər arasında yönlənmə problemi hiss olunur. Mənim üç serverim var və heç bir saytın NS-lərini də cloudflare.com saytına yönləndirməmişəm. Amma saytlarımızın ana səhifəsində şəkildəki yazı görünür. Bu başqa problemdir… nədirsə”-deyə qeyd edib.
