Düzgün.az xəbər verir ki, hadisə ötən gün rayonun Natəvan küçəsində qeydə alınıb.
Belə ki, 24 yaşlı Xəqani Əhmədovun idarə etdiyi “Mercedes”lə 60 yaşlı Bağır Feyzullayevin idarə etdiyi “Qazel” markalı avtomobillər toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü xəsarət alıb. Qəza zamanı “Qazel”də yanğın baş verib və FHN əməkdaşları tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
