Düzgün.az xəbər verir ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov vəfat edib.
Bu barədə əməkdar artist Azad Şükürov öz sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Yadigar Muradov xeyli müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Allah rəhmət eləsin.
