Bazar ertəsi, 26 Oktyabr 2026 11:07:49 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
26 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Gündəm

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18.11.2025 11:14 · 303 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az  xəbər verir  ki, Dövlət Dəniz və Liman Agentliyi (DDLA) dənizçi sənədlərinin verilməsi prosesində rəqəmsallaşma istiqamətində mühüm addım atıb. Belə ki, artıq dənizçilərə sertifikatlar (diplomlar), xüsusi hazırlıq şəhadətnamələri, tanınma sertifikatları və güzəştli icazələrin QR kodla təmin olunmuş yeni formatda verilməsinə başlanılıb.

Sistemə inteqrasiya olunmuş verilənlər bazası vasitəsilə dənizçilərin təhsil sənədlərinin həqiqiliyi, fotoşəkilləri, Dövlət Sərhəd Xidmətinin giriş-çıxış məlumatları, habelə digər identifikasiyaedici və funksional məlumatlar avtomatik olaraq verifikasiya edilir. Nəticədə aidiyyəti qurumlar tərəfindən əlavə sənəd təqdim olunmasına ehtiyac qalmır. Bu isə həm müraciətlərin emal vaxtını qısaldır, həm də məlumat mübadiləsinin dəqiqliyini və təhlükəsizliyini artırır. 

Yeni tətbiq olunan rəqəmsal sistem dənizçi sənədlərinin etibarlılığının operativ, şəffaf və real vaxt rejimində yoxlanılmasını təmin edir. Bu yanaşma saxtakarlıq risklərini minimuma endirməklə yanaşı, inzibati prosedurların yükünü də əhəmiyyətli dərəcədə azaldır.

Beynəlxalq Dəniz Təşkilatı (BDT) rəqəmsallaşma istiqamətində mühüm təşəbbüslərlə çıxış edərək dənizçilər və gəmiçilik şirkətləri üçün inzibati yükün azaldılması, eləcə də elektron sertifikatların tətbiqi və tanınması mexanizmlərinin təkmilləşdirilməsini təşviq edir.

Qeyd olunan istiqamətlə bağlı müddəalar DHDNÇ Konvensiyasında və digər beynəlxalq hüquqi sənədlərdə edilmiş müvafiq əlavələrdə əksini tapıb. Bu dəyişikliklər dənizçilərə verilən sertifikatların elektronlaşdırılması, beynəlxalq səviyyədə tanınması mexanizmlərinin təkmilləşdirilməsini dəstəkləyərək qlobal rəqəmsallaşma tendensiyalarına uyğun modern yanaşmanın tətbiqini təmin edir.

DDLA da bu beynəlxalq çağırışa qoşularaq dənizçi sənədlərinin elektronlaşdırılması və rəqəmsal identifikasiyası sahəsində məqsədyönlü tədbirlər həyata keçirir. Hazırda dənizçi sənədlərinin tam elektronlaşdırılması istiqamətində təşkilati və hüquqi hazırlıq işləri davam etdirilir.

Yeni sistemin tətbiqi Azərbaycan dənizçilik sektorunda beynəlxalq tələblərə uyğun, etibarlı və müasir idarəetmə modelinin formalaşmasına xidmət edəcək.

 

↑