Bazar, 25 Oktyabr 2026 15:35:17 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
25 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Siyasət

12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur

07.11.2025 16:11 · 292 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

30 il öncə, 1995-ci il noyabrın 12-də müstəqil dövlətçilik tariximizdə xüsusi və olduqca mühüm yer tutan hadisənin, yəni hüquq sisteminin özəyini təşkil edən ana qanunumuz olan Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib. Ölkə konstitusiyasının qəbul edilməsi dövlət müstəqilliyinin ilk illərində qəbul edilən ən mühüm naliyyətlərdən biri olaraq ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində yeni mərhələnin əsasını qoydu. Xüsusi vurğulanmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun ildönümünün Müzəffər Ali Baş Komandan, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbə şərəfinə təsis edilmiş Zəfər Gününə yaxın təsadüf etməsi bu önəmli tarixi daha da əlamətdar edir.

Hər bir dövlətin mövcudluğu və inkişafı dövlət hakimiyyətinin təşkilinə dair təməl konstitusiya prinsiplərinin varlığı ilə şərtləndirilir. Belə ki, istənilən hüquqi dövlətin əsas qanunu bu əsas prinsipləri müəyyən edərək, insan hüquqları və azadlıqları, hakimiyyətlərin bölgüsü, digər bir sıra mühüm dəyərləri özündə ehtiva edir. Dövlətin konstitusiyası eyni zamanda vacib ideoloji funksiyanı da həyata keçirir. Bu baxımdan Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra hüquqi dövlət quruculuğu ilə bağlı lazımi tədbirlərin həyata keçirilməsi, ən əsası isə demokratik dəyərlərə əsaslanan ölkənin yeni Əsas Qanununun qəbul edilməsi zərurətə çevrilmişdir.

Lakin müstəqilliyin ilk illərində ölkədə cərəyan edən mürəkkəb və ziddiyətli proseslər, siyasi qeyri-sabitlik, eyni zamanda vahid siyasi iradənin olmaması və bununla da dövlət müstəqilliyi üçün təhdidlərin mövcud olması konstitusiyanın qəbulu kimi vacib vəzifənin reallaşdırılmasını qeyri-mümkün etmişdir. Sözsüz ki, o zaman ölkəni mövcud olduğu ağır vəziyyətdən yalnız Ulu öndər Heydər Əliyev kimi xalqına bağlı olan lider xilas edə bilərdi. Ölkə rəhbərliyinə yenidən qayıdan Ulu Öndər öz müdrik və uzaqgörən siyasəti nəticəsində milli dövlətçilik ideyasının realizəsinə, müasir müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsinə nail oldu. Dövlət və cəmiyyət həyatının bir ısra sahələrini əhatə edən hərtərəfli və genişmiqyaslı islahatlar həyata keçirilməyə başlandı. Bu islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik bazasının, ilk növbədə ölkənin yeni konstitusiyasının hazırlanaraq qəbul edilməsi qarşıda duran ən vacib məsələlərdən idi. Azərbaycan Respublikasının Milli Məclisinin 1995-ci il 2 may tarixli 1048 saylı qərarı ilə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yeni konstitusiya layihəsini hazırlayan komissiyanın 34 nəfər üzvdən ibarət tərkibi təsdiq olundu. Yeni konstitusiya hazırlayan komissiyanın 1995-ci il iyunun 5-də ilk iclası keçirilmiş və həmin iclasda geniş nitq ilə çıxış edən Heydər Əliyev qeyd etmişdir ki, müstəqil Azərbaycanın ilk konstitusiya layihəsinin hazırlanması respublika tarixində böyük bir hadisədir. Ulu Öndər yeni konstitusiyanın mahiyyətinə aydınlıq gətirərək bildirmişdir ki: “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.

Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddə preambula və keçid müddəalarından ibarət olmaqla 1995-ci il noyabrın 12-də referendumda – ümumxalq səsverməsində qəbul edilmiş və noyabrın 27-dən qüvvəyə minmişdir. Ölkənin Əsas Qanununun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan1995-ci il 15 dekabr tarixli Fərmana əsasən hər il noyabrın 12-i ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilməyə başlanıldı.

Dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. 2002-ci il avqustun 24-də referendum yolu ilə konstitusiyanın 24 maddəsində 29, 2009-cu uil martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla konstitusiyada üçüncü dəfə əlavə və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişikliklər müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəldilmişdir. Dövrün çağırışlarını özündə ehtiva edən bu çağırışlar hüquqi dövlət dəyərlərinin bərqərar olunması, insan hüquq və azadlıqlarının daha da etibarlı və səmərəli müdafiəsi kimi məqsədlərə xidmət edir.

Bu gün hər bir azərbaycanlı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazisində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır.

Düzgün.az

↑