Bazar ertəsi, 26 Oktyabr 2026 05:54:52 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
26 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Gündəm

Azərbaycan IALA Konvensiyasına qoşuldu

07.11.2025 13:20 · 395 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az  xəbər  verir  ki, Azərbaycan naviqasiya və dəniz nəqliyyatı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək və dəniz üzgüçülüyünün təhlükəsizliyi üzrə qabaqcıl standartları tətbiq etmək məqsədilə “Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya”ya (IALA) rəsmi qaydada qoşulub. Prezident İlham Əliyev bununla bağlı Qanunu təsdiqləyib. (https://president.az/az/articles/view/70500) 

Bu mühüm addım ölkəmizin Beynəlxalq Dəniz Təşkilatının Üzv Dövlətlərinin Audit Sxemi (IMSAS) çərçivəsində növbəti audit yoxlamasından IALA tələbləri üzrə uğurla keçməsi, gəmilərin hərəkətinin idarəetmə xidmətinin beynəlxalq standartlara uyğunlaşdırılması və yoxlanılması, habelə müvafiq sahə üzrə texniki dəstəyin alınması və beynəlxalq arenada daha fəal rol oynamaq üçün yeni bir platformada təmsil olunmaq imkanı yaradır.

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) təşəbbüsü ilə Azərbaycanın sözügedən Konvensiyaya qoşulması dəniz nəqliyyatı sahəsində yeni mərhələyə keçiddir.  

IALA Konvensiyasına üzvlük çərçivəsində ölkəmiz dəniz naviqasiya avadanlıqlarının layihələndirilməsi, idarə olunması və texniki yenilənməsi üzrə beynəlxalq səviyyədə tanınan standartlara uyğun fəaliyyət göstərəcək. IALA standartlarının tətbiqi Xəzər dənizində naviqasiya marşrutlarının təhlükəsizliyini artırmaqla yanaşı, dənizdə baş verə biləcək hadisələrin qarşısının alınması, qəza risklərinin azaldılması və ekoloji mühafizə tədbirlərinin gücləndirilməsinə də mühüm töhfə verəcək.

Qeyd edək ki, 1957-ci ildən Beynəlxalq Mayak Xidmətləri Assosiasiyası kimi fəaliyyətə başlayan təşkilat 1998-ci ildən Dəniz Naviqasiya Avadanlıqları və Mayak Xidmətləri üzrə Beynəlxalq Assosiasiyaya (IALA) çevrilib. 2024-cü ildən etibarən isə Assosiasiya rəsmi şəkildə Qeyri-Hökumət Təşkilatından  Hökumətlərarası Təşkilata çevrilib. 

 

↑