Düzgün.az xəbər verir ki, Göyçayda 01 noyabr 2025-ci il tarixdə Şanlı Zəfərin beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
Şəhidlər Xiyabanı ərazisində Vətən müharibəsindəki tarixi qələbəmizin 5 illiyi münasibətilə keçirilən ağacəkmə aksiyasında Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Göyçay rayon təşkilatının sədri və idarə, müəssisələrin kollektivləri iştirak ediblər.
Qeyd edək ki, Zəfər Günü ilə əlaqədar təşkil olunmuş ağacəkmə aksiyasında 50 ədəd küknar ağacı əkilib, Suvarılıb və aqrotexniki qulluq olunub.
Aksiyanın keçirilməsində əsas məqsəd ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad etməkdir.Həmçinin, Vətənə xidmət ruhunu gənclərə aşılamaq, onların qəhrəmanlıq tarixini və təbiətə olan sevgini qoruyub yaşatmaqdır.


















