8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Göyçay rayon İcra Hakimiyyətinin tapşırıq və göstərişinə əsasən, Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsi tərəfindən rayonun müxtəlif ərazilərinə ağac və gül-çiçək kollarının əkilməsi davam etdirilir.
Düzgün.az xəbər verir ki, 30 oktyabr tarixində I və II Qarabağ müharibəsində şəhid olan Vətən oğullarının əziz xatirəsinə ehtiram əlaməti olaraq Göyçay şəhər Əli Kərim parkına qızılgülün əkilməsinə başlanıb.
Əvvəlcə əkilmiş güllər alaq otlarından təmizlənib, dibindən çıxan əlavə budaqlar kəsilib.
Daha sonra yeni əkiləcək güllərin yerləri müəyyən edilib, torpaq örtüyü hamarlanıb, çalalar qazılıb və hazır vəziyyətə gətirilib. Sonra 100 ədəd qızılgül əkilib. Suvarılıb və aqrotexniki qulluq olunub.
Qeyd edək ki, müəyyən olunmuş qrafikə uyğun olaraq növbəti günlərdə də rayonun müxtəlif yerlərinə ağac və gül-çiçək kollarının əkilməsi həyata keçiriləcək.
Səbuhi Eltonlu
Düzgün.az Şəhər Təsərrüfatı Birliyi









