Düzgün.az xəbər verir ki, Xaçmaz şəhər 2 saylı tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi 42 yaşlı Hümmətova Elnarə Ərəstun qızı bu gün günorta saatlarında öz yaşadığı ünvanda qəfil ürəktutması nəticəsində həyatını itirib.
Qeyd edək ki, Elnarə Hümmətova sertifikasiya imtahanında ən yüksək nəticəni göstərmiş və 60 bal toplamışdı.
