Düzgün.az xəbər verir ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən şəhid Göyçay rayonu, Yeniarx kənd sakini Namətov Anar Nemət oğlunun anası Firqiyyə Namətova bu gün vəfat edib.
Şəhid anası Yeniarx kənd qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Anar Namətov 1975-ci ildə Yeniarx kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda döyüş tapşırıqlarını yerinə yetirərkən itkin düşüb. O, 2 avqust 1993-cü ildə hərbi xidmətə çağırılıb və 10 fevral 1994-cü ildə döyüş əməliyyatları zamanı itkin düşüb. Qəhrəman döyüşçü ilk yaranan Xüsusi Təyinatlı Bölmələrdə (X.T.B) xidmət edib.

