Bazar, 25 Oktyabr 2026 16:37:31 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
25 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Siyasət

Azərbaycan – Qazaxıstan münasibətləri dərin köklərə malikdir

25.10.2025 15:06 · 297 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Cari ilin 20 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına dövlət səfəri etmişdir. Səfər çərçivəsində dövlət başçımız “Orta Dəhlizin inkişafı” – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə birgə layihənin təqdimatında, eləcə də Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında iştirak edib. Bu görüşlər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Səfər zamanı dövlətlərimiz arasında hüquqi baza daha da genişləndirildi və əməkdaşlığın çoxşaxəli istiqamətlərini əhatə edən bir sıra mühüm sənədlərin imzalanması baş tutdu. Daha sonra dövlət başçımız mətbuata bəyanatla çıxış etdi. Oktyabrın 21-də Astanada prezident İlham Əliyevin mətbuata bəyanatı eləcə də Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxışı iki ölkə arasında münasibətlərin perspektivlərini aydın şəkildə nümayiş etdirdi. Bu görüşlər mühüm çağırışların aktuallaşdığı bir dövrdə Azərbaycan-Qazaxıstan münasibətlərinin mühüm mərhələyə qədəm qoyduğunu təsdiq edir.

Prezident İlham Əliyev mətbuata çıxışında ilk olaraq Qazaxıstanda son illərdə müşahidə olunan moderinləşmə və transformasiya proseslərini xüsusi vurğuladı. Prezident Kasım-Jomart Tokayevin liderliyində həyata keçirilən iqtisadi və texnoloji islahatların ölkənin rəqabət qabiliyyətini artıraraq yeni inkişaf mərhələsinə keçidini təmin etdiyini qeyd etdi. Həmçinin vurğuladı ki, süni intellekt və müasir texnologiyaların tətbiqi Qazaxıstanı Mərkəzi Asiyada innovasiyaların liderinə çevirir. Bu faktorlar Qazaxıstanın regionda çəkisinin artmasına və onun Azərbaycan üçün iqtisadi və geosiyasi baxımından daha da strateji tərəfdaş olmasına zəmin yaradır. Dövlət başçısı Qazaxıstan-Azərbaycan münasibətlərinin əhəmiyyətli məqamlarına toxunaraq bildirdi ki, Qazaxıstan Azərbaycan üçün çətin dövrlərdə ardıcıl və prinsipial dəstək göstərmiş ölkələrdən biridir. İşğal dövründə bütün beynəlxalq platformalarda Azərbaycanın mövqeyinə verilən dəstək qardaşlıq münasibətlərinin praktik təsdiqi olmuşdur. Hazırda dövlətlərimiz eyni hədəflər uğrunda – beynəlxalq hüquq, ədalət prinsiplərinin möhkəmləndirilməsi və regionda sabitliyin təmin olunması istiqamətində çıxış edir. Prezident İlham Əliyev həmçinin 8 avqust tarixli Vaşinqton görüşünü xatırladaraq qeyd etdi ki, həmin görüşdə sülh sazişinin paraflanması Cənubi Qafqazda yeni səhifə açdı. Qazaxıstanın bu prosesə ilk dəstək verən dövlətlərdən olması qardaş dəstəyinin davamlılığını bir daha ortaya qoydu.

Prezident İlham Əliyev çıxışında xalqlarımızı birləşdirən ortaq tarixi, mənəvi və mədəni dəyərlərin əməkdaşlığın əsasını təşkil etdiyini xüsusi qeyd etdi. Son üç il ərzində qarşılıqlı səfərlərin intensivliyi əlaqələrin sürətlə inkişaf etdiyini nümayiş etdirir. Bu gün iki ölkə yalnız siyasi sahədə deyil, enerji, nəqliyyat, rəqəmsal transformasiya, humanitar mübadilələr və müdafiə sənayesi kimi geniş istiqamətlərdə strateji hədəfləri uyğunlaşdırır. Ali Dövlətlərarası Şura mexanizmi isə bu inkişafı sistemli şəkildə idarə etməyə imkan yaradır. Prezident İlham Əliyev çıxışında həmçinin bildirdi ki, geniş Avrasiya regionu üzrə həyata keçirilən layihələr nəticəsində Cənubi Qafqaz və Mərkəzi Asiya arasında inteqrasiya sürətlə dərinləşir. Bu layihələr regionları bir-birinə daha da bağlayır və bir çox hallarda geostrateji məkan kimi çıxış etməyə imkan verir.

Dövlət başçısı beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini də xüsusi vurğuladı.  Həm BMT, həm İƏT, həm də digər platformalarda Azərbaycanla Qazaxıstan ənənəvi olaraq bir-birinə arxa duran dövlətlərdir. Prezident qeyd etdi ki, türk dövlətləri arasında siyasi həmrəyliyin mühüm göstəricisi olan bu əməkdaşlıq gələn il Bakıda keçiriləcək iki böyük beynəlxalq tədbir – İƏT Sammiti və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammiti zamanı da öz təsdiqini tapacaq. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu tədbirlərdə fəxri qonaq kimi iştirak edəcək və bu iki ölkə arasında qardaşlığın növbəti rəmzi olacaq.

Dövlət başçısı həmçinin Qarabağın bərpasında Qazaxıstanın göstərdiyi dəstəyə görə də təşəkkürünü bildirdi və qeyd etdi ki, azad olunmuş torpaqlarımızda həyata keçirilən yenidənqurma işlərində Qazaxıstanın iştirakı xalqlarımız arasında qardaşlıq bağlarının nə qədər sarsılmaz olduğunu bir daha nümayiş etdirir. Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası Qazaxıstanın səmimi dəstəyinin parlaq təzahürüdür və bu mərkəzdən keçən hər bir insan qardaş dövlətin köməyinin şahidi olur.

 

 

Prezidentin çıxışına ümumi nəzər salsaq bir daha o qənaətə gəlmək olar ki, Azərbaycan-Qazaxıstan münasibətləri yalnız qardaşlıq və dostluq bağları üzərində qurulmayıb, həm də ortaq gələcəyə hesablanmış strateji hədəflərlə möhkəmlənir. İki ölkə regional dayanığlığın təmin olunması, nəqliyyat-logistika şəbəkələrinin inkişafı, enerji təhlükəsizliyinin gücləndirilməsi, humanitar əlaqələrin genişləndirilməsi istiqamətində eyni mövqedən çıxış edir.

Bu əməkdaşlıq təkcə Bakı və Astananın deyil, bütün türk dünyasının və geniş Avrasiya məkanının rifahına xidmət edir.

Düzgün.az

↑