Bazar, 25 Oktyabr 2026 21:41:39 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
25 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Gündəm

Gürcüstanda Azərbaycan sərhədinədək yeni yol hissəsi inşa olunacaq

18.10.2025 13:00 · 392 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Gürcüstanda Azərbaycan sərhədinədək olan Tbilisi-Qırmızı körpü beynəlxalq avtomagistralının Tbilisi-Rustavi yolunun ikinci hissəsinin inşası üzrə tender elan edilib.

Bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Bələdiyyə İnkişafı Fondundan bildirilib.

Layihə çərçivəsində Poniçala hissəsində 3,6 kilometr uzunluqda yolun və Kür çayı üzərində iki yeni körpünün (211 və 170 metr) tikintisi planlaşdırılıb. Sahilboyunda istirahət zonaları və işıqforlarla təchiz edilmiş təhlükəsiz piyada zonaları da yaradılacaq.

Bununla yanaşı həm yerli, həm də beynəlxalq tranzit daşımaların tələblərinə tam cavab verən iki səviyyəli nəqliyyat qovşağı da inşa ediləcək və Poniçala ərazisində yerli hərəkətin tənzimlənməsi üçün birsəviyyəli qovşaq təşkil olunacaq.

Gürcüstanın İnfrastruktur Nazirliyinin məlumatına əsasən, yeni yol hissəsinin inşası şəhər küçələrində yük və tranzit daşımalarının intensivliyini əhəmiyyətli dərəcədə azaldacaq, səyahət müddətini qısaldacaq və təhlükəsizlik səviyyəsini yüksəldəcək.

Yolun inşası zamanı bütün müvafiq tikinti, ekoloji və sosial standartların nəzərə alınacağı qeyd olunub.

↑