Bazar ertəsi, 26 Oktyabr 2026 17:05:11 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
26 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Siyasət

Füzuli şəhərinin azadlığı – Qarabağa aparan yolun başlanğıcı

16.10.2025 18:51 · 482 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Rəşadətli Azərbaycan ordusunun əsgər və zabitlərinin şücaəti, fədakarlığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi, həmrəyliyi tarixi zəfərimizi reallaşdırdı. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapituliyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.

Vətən savaşında qalib Azərbaycan ordusunun tək uğuruna yox, həm də cəsarət və qəhrəmanlığına görə əvəzolunmaz əməliyyatlarından biri də Füzuli şəhərinin işğaldan azad olunması idi. Füzuli uğrunda gedən şiddətli döyüşlərdə düşmən güclü müqavimət göstərsə də, Azərbaycan Silahlı Qüvvələri öz şərəfli missiyasını uğurla yerinə yetirdi. Füzuli şəhəri uğrunda gedən döyüşlər ordumuzun Vətən müharibəsinin cənub-şərq cəbhəsində ən uğurlu və mühüm döyüşlərdən biri kimi yadda qaldı. Füzuli əməliyyatı Azərbaycan ordusunun hərbi qüdrətini, peşəkarlığını bir daha təsdiqlədi və bütün dünyaya sübut etdi ki, heç bir qüvvə Azərbaycan hərbiçisinin iradəsini, qələbə əzmini sarsıda bilməz. Şəhərin azad olunması Azərbaycanın ərazi bütövlüyü uğrunda vacib bir mərhələ oldu və xalqın qələbə ruhunu daha da yüksəltdi.

Füzulinin işğaldan azad edilməsindən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rayonun bərpası və inkişaf mərhələsinə qədəm qoyulub. 2020-2025-ci illər ərzində dövlət başçısının Füzuliyə çoxsaylı səfərləri bu bölgənin Qarabağın sosial-iqtisadi mərkəzlərindən birinə çevrilməsini təmin edib.

İlk olaraq 16 noyabr 2020-ci ildə Füzuli şəhərində Azərbaycan Bayrağı qaldırılmış və Zəfər yolunun təməli qoyulmuşdur. Ardınca qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanın, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun, şəhərin Baş planının, xəstəxana və “Ağıllı kənd” layihələrinin təməli atılmışdır.

2021-ci ilin oktyabr ayında istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı regionun dünyaya açılan qapısı olaraq mühüm bir addım oldu. Bu hava limanı Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının inkişaf etdirilməsi və turizm axının təmin edilməsi üçün böyük əhəmiyyət daşıdı. Son illərdə Füzuli-Hadrut avtomobil yolu, Köndələnçay su anbarı kompleksi, şəhərin daxili yol-küçə şəbəkəsi, idman və inzibati komplekslər istifadəyə verilmiş və yeni Qalxanbəyli, Cuvarlı, Qoçəhmədli və Pirəhmədli kəndlərinin təməlləri qoyulmuşdur. Bu çoxşaxəli fəaliyyət nəticəsində Füzuli bu gün Böyük Qayıdış proqramının aparıcı mərkəzlərindən birinə çevrilmiş, müasir və dayanıqlı şəhər kimi Azərbaycanın yenidənqurma modelini təcəssüm etdirir. Bu gün Füzuli həm Zəfərin simvolu, həm də yenidən doğulan, bərpa edilən Qarabağın dirçəliş nişanəsi kimi Azərbaycanın gələcək inkişafında mühüm yer tutur.

Füzulinin bərpası təkcə Azərbaycanın deyil, həm də dost və qardaş ölkələrin birliyinin təzahürünə çevrilib. İşğaldan azad edilmiş torpaqlarda aparılan yenidənqurma işlərinə verilən dəstək, xüsusilə türk dünyasının həmrəylik ruhunu daha da gücləndirib. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə Mirzə Uluqbəy adına orta məktəb, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa olunub. Eyni zamanda Qırğızıstan, Belarus və Türkmənistan liderləri də Füzuliyə səfərlər edərək şəhərin bərpa planı ilə tanış olmuşlar. 17 oktyabrda qeyd edilən Füzuli Şəhəri Günü artıq yalnız azadlığın deyil, həm də bərabərliyin, qardaşlığın, gələcəyə inamın ifadəsini özündə əks etdirir.

2023-cü il iyulun 31-də ölkə başçısının imzaladığı Sərəncama əsasən hər il oktyabrın 17-si Füzuli Şəhəri Gününün təntənəli şəkildə qeyd olunması bu birliyi, həmrəyliyi daha da gücləndirir, möhkəmləndirir. Füzuli artıq azadlıqdan inkişafa, dağıntıdan dirçəlişə doğru möhtəşəm bir dönüşün simvolu kimi tarix yazır.

Düzgün.az

↑