Düzgün.az xəbər verir ki, Səbuhi Hacızadə ötən gün yaşadığı Monteneqrodan Tovuz rayonuna gəlib. Bu gün səhər saatlarında o, həyat yoldaşı 1996-cı il təvəllüdlü Mətanət Hacızadənin atası evinə gedib. Orada ər-arvad arasında mübahisə düşüb və S.Hacızadə M.Hacızadəni bıçaqlayaraq öldürüb.
Onların 3 azyaşlı oğlu var.
Hazırda S. Hacızasənin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir./aPA
***
12:57
Düzgün.az xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Əyyublu kənd sakini 1993-cü il təvəllüdlü Hacızadə Səbuhi Vidadi oğlu arvadı 1996-cı il təvəllüdlü Hacızadə Mətanət Asif qızını bıçaqlayıb.
Qadın hadisə yerində ölüb.
