Düzgün.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun fəaliyyətinə xitam verilib.
Bununla bağlı Məhkəmə-Hüquq Şurası qərar qəbul edib.
MHŞ Anar Sadıqovun hakimlik fəaliyyətinə öz ərizəsi əsasında xitam verib.
Qeyd edək ki, Anar Sadıqovun hakimlikdən getməyinin səbəbi onun hüquq sahəsi üzrə elmi və pedaqoji fəaliyyətlə məşğul olmaq istəyi olub.
