Düzgün.az xəbər verir ki, Kasım-Jomart Tokayevin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-21-də Qazaxıstana dövlət səfəri edəcək.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər zamanı yüksək səviyyəli danışıqlar aparılacaq. Prezidentlər Ali Dövlətlərarası Şuranın iclasında və Qazaxıstan-Azərbaycan biznes forumunda iştirak edəcəklər.
