Düzgün.az xəbər verir ki, 2025-ci il tibb və ya fiziologiya üzrə Nobel mükafatı tədqiqatçılar Mari Brunkov (Sistem Biologiyası İnstitutu, ABŞ), Fred Ramsdell (Parker Xərçəng İmmunoterapiya İnstitutu, ABŞ) və Şimon Sakaquçiyə (Osaka Universiteti, Yaponiya) verilib.
Bu barədə Nobel Komitəsi məlumat dərc edib.
Mükafat immunitet sisteminin bədənə zərər verməsinin qarşısını alan “periferik immun tolerantlığa aid kəşflərə” görə verilib.
