Şənbə, 24 Oktyabr 2026 07:52:24 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Təhsil

Göyçay Dövlət Peşə Liseyində “Qadın, həyat, azadlıq” adlı seminar keçirilib-FOTO

01.10.2025 22:13 · 501 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, 30 sentyabr 2025-ci il tarixində  Göyçay Dövlət Peşə Liseyinin,  Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin  Göyçay rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “Qadın, həyat, azadlıq” adlı seminar keçirilib.

Seminar  Göyçay rayon Polis Şöbəsinin əməkdaşı Nihad Abbasov,  Göyçay rayonu üzrə gənclər və idman sektorunun müdiri Təranə Nuriyeva, GİKM-in Dağlıq Şirvan nümayəndəliyinin direktoru Coşqun İsmayılov, Göyçayda qadınlara Dəstək İctimai Birliyinin sədri V.Məmmədova, Liseyinin direktor əvəzi Elxan Əliyev, pedaqoji kollektiv və  liseyin  xanım  tələbələri  iştirak  ediblər.

Tədbir  giriş  sözü ilə  açan Elxan Əliyev  qadının cəmiyyətdə yeri və rolu,məişət zorakılığı və onun fəsadları haqqında məlumat verib.  Bildirib ki, Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi ulu öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Məhz Ümummilli Liderin qadın siyasətinin nəticəsi idi ki, 1998-ci ildə Azərbaycanda qadınların hüquqlarını müdafiə etmək və bu sistemi mərkəzləşdirmək məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.Hazırda həmin komitə 2006-cı ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlanır. 2000-ci ildə qadın siyasəti ilə bağlı imzalanan müvafiq Fərman ölkəmizdə qadınların imkanlarını daha da artırdı. Bu da dövlət idarəçiliyində, təhsil, səhiyyə və mədəniyyət sahələrində qadınların sayının artmasına gətirib çıxardı.

Daha  sonra  tədbirdə  Nihad Abbasov, Təranə Nuriyeva, Coşqun İsmayılov  və V. Məmmədova  çıxış  edərək  bidiriblər  ki, hər zaman elmə, təhsilə, mədəniyyətə yüksək qiymət verən Azərbaycan xalqı qadınların təhsil alması, onların hüquqlarının qorunması, ictimai fəaliyyətlə məşğul olmaları məsələsinə müsbət münasibət göstərib. Əsrin əvvəlində yaranan Azərbaycan Xalq Cümhuriyyəti, nəinki ümumilikdə Şərqin, həm də Qərbin bir sıra dövlətlərindən də əvvəl qadınların seçki hüququnu tanıyan bir dövlət olub. Bu gündə qadınlara göstərilən diqqət  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə cəmiyyətdə böyük missiyası olan qadınların hüquqları yüksək səviyyədə qorunur, onlar seçib-seçilmək hüququna malikdirlər.

Sonda  tələbələrin mövzu ilə bağlı  səsləndirdikləri  suallara  aydınlıq gətirilib.

Səbuhi  Eltonlu

 

 

 

 

 

 

 

 

 

 

↑