Düzgün.az xəbər verir ki, Hindistan öz neft tələbatının 90%-ni idxal hesabına ödəyir və ucuz Rusiya neftini İran nefti ilə əvəzləmək niyyətindədir.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Hindistan rəsmiləri Donald Tramp administrasiyasına bildiriblər ki, Rusiya neftinin idxalını azaltmaq yalnız İran və ya Venesueladan neft alışına icazə verilərsə mümkündür.
