Cümə, 23 Oktyabr 2026 18:05:48 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
İdman

Bu gün “Qızıl top”un sahibi bəlli olacaq

22.09.2025 16:51 · 392 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, “France Football” nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi “Qızıl top” mükafatının sahibi bu gün bəlli olacaq.

Təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdəki Şatle teatrında keçiriləcək.

Namizədlər sırasında Usman Dembele, Canluici Donnarumma, Dezire Due, Əşrəf Hakimi, Nunu Mendeş, Joau Neveş, Fabian Ruis, Vitinya, Xviça Kvaratsxeliya (PSJ), Cud Bellinqem, Kilian Mbappe, Vinisius Junior (hamısı “Real Madrid”), Robert Levandovski, Pedri, Rafinya, Lamin Yamal (“Barselona”), Denzel Dumfris, Lautaro Martines (hər ikisi “İnter”), Harri Keyn, Maykl Olise (hər ikisi “Bavariya”), Aleksis Makallister, Vircil van Deyk, Məhəmməd Salah, Florian Virts (hamısı “Liverpul”), Deyklan Rays, Viktor Dyökereş (hər ikisi “Arsenal”), Koul Palmer (“Çelsi), Skott Maktominey (“Napoli”), Seru Qirassi (“Borussiya Dortmund”), Erlinq Holann (“Mançester Siti”) yer alıb. Ötən il bu mükafata “Mançester Siti”nin ispaniyalı yarımmüdafiəçisi Rodri layiq görülmüşdü.

Tədbirdə digər nominasiyalar üzrə də qaliblər bəlli olacaq. İlin 21 yaşa qədər ən yaxşı gənc futbolçusu adına namizədlər siyahısında Pau Kubarsi (“Barselona” / İspaniya) Joau Neveş (PSJ / Portuqaliya), Ayub Buaddi (“Lill” / Fransa), Dezire Due (PSJ / Fransa), Estevao (“Çelsi” / Braziliya), Din Heysen (“Real Madrid” / İspaniya), Maylz Lyuis-Skelli (“Arsenal” / İngiltərə), Rodriqo Mora (“Portu” / Portuqaliya) və Kənan Yıldız (“Yuventus” / Türkiyə) yer alıblar.

Ən yaxşı qapıçı üçün təsis edilən “Lev Yaşin” mükafatına namizədlər siyahısına Alisson (“Liverpul” / Braziliya), Yassin Bunu (“Əl-Hilal” / Mərakeş), Lukas Şevalye (“Lill / Fransa), Tibo Kurtua (“Real Madrid” / Belçika), Canluici Donnarumma (PSJ / İtaliya), Emiliano Martines (“Aston Villa” / Argentina), Yan Oblak (“Atletiko Madrid” / Sloveniya), David Raya (“Arsenal” / İspaniya), Mats Sels (“Nyukasl” / Belçika) və Yann Zommer (“İnter” / İsveçrə) daxildir.

İlin ən yaxşı kişi futbol klubu mükafatına namizədlər siyahısında 5 komanda yer alıb. Bunlar “Barselona” (İspaniya), “Botafoqo” (Braziliya), “Çelsi”, “Liverpul” (hər ikisi İngiltərə) və PSJ-dir (Fransa).

İlin ən yaxşı məşqçisi adına isə Antonio Konte (“Napoli” / İtaliya), Luis Enrike (PSJ / İspaniya), Hans-Diter Flik (“Barselona” / Almaniya), Enzo Mareska (“Çelsi” / İtaliya) və Arne Slot (“Liverpul” / Niderland) iddia edir.

Qeyd edək ki, tədbir Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

↑