Düzgün.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Parisdə Fransa hökumətinin təklif etdiyi qənaət tədbirlərinə etiraz olaraq keçirilən etiraz yürüşündə həbslərə başlayıblar.
Polis etirazçılara qarşı dəyənəklərdən, gözyaşardıcı qazdan və səs-küylü qumbaralardan istifadə edir. Nümayişçilər buna cavab olaraq zabitlərə fişənglər, butulkalar və daş atırlar.
İndiyədək 300-dən çox etirazçının saxlanıldığı bildirilir.
