Düzgün.az xəbər verir ki, 15 Sentyabr – Bilik Günü ilə əlaqədar Göyçay Dövlət Peşə Liseyində tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.
Liseyin direktor əvəzi Elxan Əliyev yeni dərs ilinin başlanması münasibətilə müəllim heyətini və tələbələri təbrik edib, onlara tədris və elmi fəaliyyətlərində uğurlar arzulayıb. Elmin və peşənin gənclərin iş həyatlarında uğurlu yol açacağını vurğulayıb. O, Liseydə yaradılmış müasir tədris mühitinin və tələbələr üçün imkanların onların gələcək peşəkar inkişafına önəmli töhfə verəcəyini qeyd edib.
Tədbirdə çıxış edən müəllimlər və valideynlər Lisey, həmçinin yeni tədris ili ilə bağlı arzu və istəklərini ifadə ediblər.
Səbuhi Eltonlu










