Cümə, 23 Oktyabr 2026 18:49:57 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Rəsmi

İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

15.09.2025 13:33 · 507 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Şuşada ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki qəbul edib.

Söhbət zamanı ICESCO-nun Baş direktorunun ölkəmizə, o cümlədən Şuşaya səfərləri və dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlandı.

Səlim bin Məhəmməd əl-Malik Şuşa şəhərinin gözəlliyinin onda dərin təəssürat hissi yaratdığını qeyd etdi.

Görüşdə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri yüksək qiymətləndirildi.

Dövlətimizin başçısı mədəniyyətimizin təşviqinə verdiyi dəstəyə görə ICESCO-nun Baş direktoruna təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev dedi: Bir daha sizə Azərbaycana göstərdiyiniz dəstəyə, mədəniyyətimizin, azad edilmiş bölgələrimizin mədəniyyətinin təşviqinə görə minnətdarlığımı bildirirəm. Bir təşkilat olaraq ICESCO Qarabağa ilk səfərlərdən birini həyata keçirib, siz isə orada olmuş ilk əcnəbi vətəndaşlardansınız. Siz bununla həmrəylik nümayiş etdirdiniz, habelə bu ərazilərdə nələrin dağıdıldığı barədə məlumat verərək səsinizi ucaltdınız. Biz bunu heç zaman unutmayacağıq.

Sizin rəhbərliyinizlə Şuşanın ICESCO tərəfindən İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi qərarı hər bir azərbaycanlını qəlbən fərəhləndirdi. Cıdır düzündə sizin də iştirakınızla keçirilmiş tədbirdə unudulmaz ab-havanın şahidi oldunuz. Bu, xoşbəxtliyin, qürurun və geri dönüşün vəhdəti idi.

Bütün bunları nəzərə alaraq, mən sizin Azərbaycanın yüksək dövlət mükafatı olan “Dostluq” ordeni ilə təltif edilməyiniz haqqında Sərəncam imzaladım. İcazənizlə onu sizə təqdim etmək istəyirəm. Təbrik edirəm.

Səlim bin Məhəmməd əl-Malik dedi: Zati-aliləri, çox təşəkkür edirəm. Mən bu ordeni dərin minnətdarlıq hissi ilə qəbul edirəm. Bu, yalnız şəxsən mənim deyil, mənimlə birlikdə çalışan və fəaliyyətimdə mənə dəstək olan hər kəsin əməyinə verilən qiymətdir. Həmin insanlar biliyin irəliyə aparılması, mədəniyyətin qorunması və sülhün bərqərar edilməsi istiqamətində əllərindən gələni edənlərdir. Mən bu ordeni bir simvol olaraq hər zaman xatırlayacağam və əminəm ki, mənimlə yanaşı, bu ordenlə ailəm, həmkarlarım və dövlətim də fəxr edəcək. Zati-aliləri, bir daha təşəkkür edirəm.

Görüşdə Azərbaycan ilə ICESCO arasında uğurlu əməkdaşlığın qurulduğu vurğulanaraq, bunun gələcəkdə daha da genişlənəcəyinə əminlik bildirildi.


 

 

↑