Şənbə, 24 Oktyabr 2026 14:30:12 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Bölgə

I Qarabağ müharibəsində itkin düşmüş Ayaz Zərbalıyev Göyçay Şəhidlər Xiyabanında dəfn edilib-FOTOLAR

12.09.2025 16:57 · 503 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, 12 sentyabr 2025-ci il tarixdə Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilmiş Göyçay rayonunun Potu kənd sakini, Ayaz Əsgəralı oğlu Zərbalıyevin nəşinin qalıqları dəfn olunmaq üçün doğulduğu Potu kəndinə gətirilib.

Şəhidlə vida mərasimində rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, Vətən müharibəsinin iştirakçıları, şəhid ailələri, dindarlar, ağsaqqallar, şəhidin ailə üzvləri, kənd sakinləri  və ictimaiyyət nümayəndələri  iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Göyçay  şəhər  Şəhidlər Xiyabanına gətirilib, torpağa tapşırılıb və  dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.

Sonra Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağını qardaşı Müşviq Zərbalıyevə təqdim edib.

Qeyd edək ki, Şəhid Zərbalıyev Ayaz Əsgəralı oğlu 08 yanvar 1969-cu ildə Göyçay rayonunun Potu kəndində anadan olub. 1987-ci ildən 1989-cu ilədək Sovet İttifaqının Ukrayna Respublikasının Zaporojye şəhərində hərbi xidmətdə olub. 1992-ci ildə səfərbərlik üzrə xidmətə cəlb edilərək Azərbaycan ordusunda hərbi xidmətə çağrılıb, Ağdərənin və Kəlbəcərin müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib və böyük şücaət göstərib. 30 mart 1993-cü ildə Kəlbəcər rayonunun Çələkdar kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. Göyçay rayon  Məhkəməsi tərəfindən  2007-ci ildə şəhidlik status verilməsi haqqında qərar qəbul edilib.

 

 

↑