Göyçay rayon İcra Hakimiyyətinin tapşırıq və göstərişinə əsasən, torpaq-iqlim şəraitinə uyğun olaraq rayonun müxtəlif yerlərində yaşıllıqların salınması, gül-çiçək kollarının əkilməsi, müəyyən olunmuş qrafikə uyğun olaraq gündəlik suvarılıb və gələcək mühafizəsi məqsədilə zəruri tədbirlər görülməsi Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma sahəsi tərəfindən diqqətdə saxlanılır.
Düzgün.az xəbər verir ki, növbəti iş rayonun Füzuli küçəsində yolun kənarlarında salınmış yaşıllıqda icra olunub.Sözügedən ərazidə dekorativ gülün əkilməsi və qazon otunun səpilməsi üçün ilkin olaraq torpaq örtüyü bellənib, hamarlanıb və əkilməsi üçün hazır vəziyyətə gətirilib.
Daha sonra çalalar qazılaraq 17 ədəd dekorativ gül əkilib.Bununla yanaşı qazon otu səpilib.Suvarılıb, aqrotexniki qulluq olunub.
Qeyd edək ki, ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın itməməsi üçün rayonun digər ehtiyac olan yerlərindədə yaşıllığın artılması istiqamətində müvafiq tədbirlərin görülməsi mərhələli şəkildə aparılacaq.
Səbuhi Eltonlu
Düzgün.az Şəhər Təsərrüfatı Birliyi















