Düzgün.az xəbər verir ki, hadisə Xaçmaz-Qımıl avtomobil yolunda baş verib.
Belə ki, rayonun Köhnə-Xaçmaz kənd sakini 1973-cü il təvəllüdlü Zahir Mövsüm oğlu Qəribovu avtomobil vurub. Sürücü yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
