Şənbə, 24 Oktyabr 2026 03:54:56 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Təhsil

Bir sıra kolleclərə yeni direktor müavinləri təyin olundu

03.09.2025 12:46 · 543 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrləri ilə Nərmin Hətəmova Şuşa Humanitar Kollecinə tərbiyə işləri üzrə direktor müavini, Emil Vahabov Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinə tədris işləri üzrə direktor müavini, Aytən Ağayeva isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Nərmin Hətəmova bakalavr təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində, magistratura təhsilini isə ABŞ-ın Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq ikili diplom proqramı üzrə tamamlayıb. O, 2010-cu ildən etibarən satınalma, logistika və insan resursları sahələrində müxtəlif təşkilatlarda fəaliyyət göstərib. Qeyd edək ki, Nərmin Hətəmova bu təyinatadək də Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecdə direktor müavini vəzifəsində çalışıb.

Emil Vahabov bakalavr təhsilini Naxçıvan Dövlət Universitetində, magistratura təhsilini isə Lənkəran Dövlət Universitetində başa vurub. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda doktorantura təhsilini davam etdirir. Azərbaycanda və xaricdə 20-dən çox elmi məqalənin müəllifidir. O, 2003–2023-cü illərdə Lənkəran rayonu M. Bağırov adına Girdəni kənd tam orta məktəbində biologiya və kimya müəllimi kimi çalışıb, 2023-cü ildən isə Masallı rayonu Boradigah qəsəbəsi N. Gəncəvi adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edib.

Aytən Ağayeva M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda bakalavr təhsili alıb. O, 1999–2005-ci illərdə Qəbələ rayonu Zarağan kənd 1 saylı orta məktəbində rus dili müəllimi kimi fəaliyyət göstərib. 2009–2010-cu illərdə Bakı Slavyan Universitetində Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə yenidənhazırlanma kursunu bitirib. 2010-cu ildən etibarən UNEC nəzdində Qida Sənayesi Kollecində müxtəlif vəzifələrdə çalışıb, 2017-ci ildən son təyinata qədər isə şöbə müdiri vəzifəsini icra edib.

↑