Düzgün.az xəbər verir ki, gecə saatlarında rayonun Bahəddin Mirzəyev küçəsində ( Şirvan mest adlanan ərazidə) 1979-cu il təvəllüdlü Mustafayev Samir Vidadi oğluna məxsus olan 484 m² olan yeşik sexində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay yanğından mühafizə bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı ümumi sahəsi 484 m² olan talvarın yanar konstruksiyaları 384 m² sahədə, altında yığılan taxta yeşiklər və 6 ədəd dəzgah yanıb.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb, alovun ətraf tikililərə keçməsinin qarşısı alınıb.
Yanğının yeşik sexinin emal hissəsində başladığı və qısaqapanmadan baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.




