Düzgün.az xəbər verir ki, 29 avqust 2025-ci il tarixdə birinci Qarabağ müharibəsində itkin düşən və 32 ildən sonra şəxsiyyəti müəyyənləşdirilən rayonun Oncallı kənd sakini şəhid hərbçi Kərimov Natiq Zeynal oğlunun dəfn mərasimi keçirilib.
Dəfndə şəhidin ailə üzvləri ilə bərabər, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, hərbçilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və KİV mənsubları iştirak ediblər.
Ailəsində şəhidlə vida mərasimi keçirildikdən sonra Natiq Kərimovun nəşi Oncallı kənd qəbristanlığında torpağa tapşırılıb, məzarı üstünə gül dəstələri düzülüb.
Şəhid Natiq Kərimov 3 avqust 1971-ci ildə Qax rayonunun Oncallı kəndində anadan olub. O, könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb və 2 aprel 1993-cü ildə Füzuli rayonunun Qacar kəndi istiqamətində itkin düşüb.




