Düzgün.az xəbər verir ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunması ilə bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, Zahir Əliyev sözügedən vəzifəyə direktor təyin olunub.
Vüqar Qurbanovun digər əmri ilə Talıb Məmmədov Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilərək Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Cənub regional təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə direktor müavini təyin olunub.
Qeyd edək ki, Z.Əliyev yeni təyinatınadək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisəsində baş həkim vəzifəsində çalışıb.İxtisasca pediatrdır.
Səbuhi Eltonlu

