Şənbə, 24 Oktyabr 2026 09:31:30 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Hadisə

Polisdən əməliyyat: 8 nəfər saxlanıldı (VİDEO)

26.08.2025 10:55 · 570 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Düzgün.az”a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi və ərazi üzrə 16, 17 və 18-ci Polis Şöbələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Tədbirlərlə qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən 8 nəfər – Eldar Cəfərov, Elmin Qazalıyev, Rahim Abdullayev, Vaqif Rzazadə, onunla əlbir olan Faiq Rzayev, Ramil Abbasov və tanışı Ruslan Məmmədov, eləcə də Rəhim Ağazadə saxlanılıblar. Onlardan ümumilikdə 44 kiloqram 452 qram, o cümlədən 1 kiloqram heroin, 2 kiloqrama yaxın tiryək, 1 kiloqram psixotrop maddə metamfetamin, 25 ədəd güclü təsiredici xassəyə malik metadon və digər növdən olan həblər aşkarlanıb.

Araşdırma zamanı saxlanılanların narkotikləri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsi ilə əldə edib paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırdıqları məlum olub.

Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Bundan əlavə, Nərimanov rayonunda iyul-avqust aylarında polis əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərlə əlaqəli 43 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən isə cari il ərzində 79 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə çıxarılıb.

 

 

↑