Düzgün.az xəbər verir ki, iyunun 26-da Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində beton kanalda batan yeniyetmənin axtarışları davam etdirilir.
2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadənin batdığı ehtimal edilən kanala suyun verilməsi dayandırılıb.
Qeyd edək ki, N.Nağızadə orta məktəbin 10-cu sinif şagirdidir.
