Məlum olduğu kimi, yay mövsümü ilə əlaqədar olaraq müəyyən olunmuş qrafikə uyğun Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma sahəsi tərəfindən rayonun müxtəlif yerlərində salınmış yaşıllıq, əkilmiş gül-çiçək kolları gündəlik olaraq suvarılır.
Düzgün.az xəbər verir ki, 21-22 avqust tarixlərində növbəti suvarma işi rayonun Heydər Əliyev prospektində park ərazisində, prospektin girişində və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayon Natavan küçəsində yerləşən yol dairələrində aparılıb.
Belə ki, əkilən müxtəlif növ ağaclar və dekorativ güllər prospektdən keçən arxdan pompa vasitəsilə su götürülərək və su maşını vasitəsilə suvarılıb və aqrotexniki qulluq olunub.
Ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın itməməsi məqsədi ilə Şəhər Təsərrüfatı Birliyi tərəfindən rayonda yaşıllıqlar qorunub, diqqətdə saxlanılır.
Səbuhi Eltonlu
Düzgün.az Şəhər Təsərrüfatı Birliyi










