Mövsümlə əlaqədar havalar isti keçdiyi üçün Göyçay rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma sahəsi tərəfindən rayonun müxtəlif yerlərində salınmış yaşıllıq zolaqları və əkilmiş gül-çiçək kolları gündəlik olaraq suvarılır.
Düzgün.az xəbər verir ki, növbəti suvarma işi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayon Natavan küçəsində yerləşən yol dairələrində, Heydər Əliyev prospektinin girişində aparılıb.
Belə ki, əl köməyindən istifadə olunaraq su maşını vasitəsilə suvarılıb və gələcək mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.
Səbuhi Eltonlu
Düzgün.az Şəhər Təsərrüfatı Birliyi








