Düzgün.az xəbər verir ki, dünən axşam saatlarında Qaraməryəm–İsmayıllı avtomobil yolunun Kürdmaşı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə, hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı Göyçay rayon sakinləri – 28 yaşlı F. Əsədov və 54 yaşlı Ş. Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.
