Şənbə, 24 Oktyabr 2026 04:46:07 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Bölgə

Qusarda ananın doğuşdan sonra ölməyinin səbəbi açıqlandı

13.08.2025 12:59 · 473 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, avqustun 11-i 38-39 həftəlik hamilə qadın Qusar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə müraciət edib.1994-cü il təvəllüdlü şəxsə zəruri laborator və instrumental xidmətlər göstərilib və qeysəriyyə kəsiyi əməliyyatına zərurət yarandığı bildirilib.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, əməliyyatdan sonra pasiyentdə ağciyər arteriyasının tromboemboliyası, ağciyər, qara ciyər, böyrək və ürək çatışmazlığı, eyni zamanda tromboz (qan laxtalanması) müşahidə olunduğundan müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

Avqustun 12-i saat 08:30 radələrində vəziyyəti pisləşən pasiyentdə ürək döyüntüləri müşahidə edilməyib. Dərhal zəruri tibbi xidmətlər göstərilib və pasiyentin ürək fəaliyyəti bərpa edilib. Daha sonra ixtisaslı həkim-mütəxəssis baxışı həyata keçirilib və sağlamlıq vəziyyəti yenidən qiymətləndirilib.

Pasiyentin vəziyyəti gecə saatlarında təkrar pisləşib və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 12.08.2025-ci il tarixində, saat 23:40 radələrində şəxsin ölüm faktı qeydə alınıb.

Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, qadının qeysəriyyə kəsiyi əməliyyatı ilə boyu 49 sm., çəkisi 3 kq. 100 qram olan qız övladı dünyaya gəlib. Körpəyə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş hesab olunan körpənin müalicəsi Doğum şöbəsində davam etdirilir.

↑