Cümə, 23 Oktyabr 2026 20:05:35 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Təhsil

III qrup üzrə ixtisas seçimi edəcək şəxslərin NƏZƏRİNƏ!

13.08.2025 18:19 · 535 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, 2025/2026-cı tədris ili üçün respublika ali təhsil müəssisələrində III ixtisas qrupunda Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin III ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 863, rus bölməsi üzrə 1520 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2200 yer olmaqla, III ixtisas qrupu üzrə ümumilikdə 15 min 583 yer ayrılıb. Bu yerlərdən 4163-nə qəbul dövlət sifarişi əsasında aparılır.

III ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrə paylanmasına gəldikdə isə DT altqrupunda ümumilikdə 13 min 558 plan yeri (o cümlədən Azərbaycan bölməsində 10 min 538, rus bölməsində 1245, hər iki bölmənin birgə müsabiqəsi üzrə 1775) var. DT altqrupunda dövlət sifarişi əsasında 3953 plan yeri var.

TC altqrupu üzrə ümumilikdə 2025 plan yeri (o cümlədən Azərbaycan bölməsində 1325, rus bölməsində 275, hər iki bölmənin birgə müsabiqəsi üzrə 425) mövcuddur. TC altqrupunda dövlət sifarişi əsasında 210 plan yeri ayrılıb.

Qeyd edək ki, filologiya ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 30 yerin müsabiqəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.

Dövlət sifarişi üzrə ayrılmış yerlərin müsabiqəsində Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstituta qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.

↑