Şənbə, 24 Oktyabr 2026 10:37:26 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44
Gündəm

Avtomobilin nömrəsini gizlədənlərin NƏZƏRİNƏ!

06.08.2025 09:41 · 385 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Müraciətdə deyilir:

“Son zamanlar Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən aparılan müşahidələr zamanı xüsusilə magistral yollarda və hərəkət intensivliyi yüksək olan ərazilərdə bəzi sürücülərin nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını örtüklə, parça və ya digər vasitələrlə gizlətməsi hallarına daha tez-tez rast gəlinir.

Bu cür halların əsas məqsədi sürücülərin radar və digər texniki nəzarət vasitələrindən yayınması, törədilən qayda pozuntularını qeydə alınmaz vəziyyətə gətirməyə çalışmasıdır. Lakin unutmaq olmaz ki, bu cür davranış yalnız inzibati hüquq pozuntusu deyil, həm də cəmiyyətin təhlükəsizliyinə qarşı yönəlmiş məsuliyyətsiz bir addımdır.

Yol hərəkətində şəffaflıq və təhlükəsizlik prinsiplərinə ciddi zərbə vuran bu cür hallara qarşı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarət tədbirləri gücləndirilmiş, xüsusi texniki vasitələrin köməyi ilə qeydiyyat nişanlarını qəsdən gizlədən sürücülərin müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin edilir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha yol sürücüləri qanunlara əməl etməyə, nəqliyyat vasitələrinin qeydiyyat nişanlarının üzərinə müdaxilə etməməyə çağırır. 

Unutma! Qanuna hörmət – təhlükəsizliyə və cəmiyyətə hörmətdir”.

↑